RU

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgisi açılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1981-ci ildən etibarən bütün dünyada qeyd olunan bu gün sülhü, anlaşmanı və zorakılığın qarşısının alınmasını təbliğ etmək məqsədi daşıyır. İnsanları sülhə, sabitliyə və təhlükəsizliyə çağıran bu gün, həm də həmrəyliyin simvoludur.

Milli Kitabxanada bu günlə əlaqədar “21 sentyabr - Beynəlxalq Sülh Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan - Ermənistan - ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar və s. mövzu haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Ulu Öndər Heydər Əliyevin sülh strategiyası, inkişaf və sülh ideyaları, Prezident İlham Əliyevin sülh missiyası, ümumdünya sülh və inkişaf konsepsiyası, sülh, əmin-amanlıq, təhlükəsizlik, sabitlik və demokratiya və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
2
azertag.az

3Источники