RU

KİV: ABŞ nin Əfqanıstana qayıdışı Çinin sərt reaksiyasına səbəb ola bilər

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ hərbçilərinin Əfqanıstandakı Baqram aviabazasına qayıtması Çinin sərt reaksiyasına səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti ekspertlərə istinadən məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, belə bir addım Pekinin Əfqanıstandakı təsirini zəiflətmək cəhdi kimi qiymətləndiriləcək. Bundan başqa, bazanın Çin Xalq Respublikasının nüvə obyektlərinə yaxınlığı regionda gərginliyi artırmaq potensialına malikdir.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı hərbi bazanın tərk edilməsini səhv adlandırmışdı. Onun sözlərinə görə, Vaşinqton obyekt üzərində nəzarəti bərpa etməyə çalışır. Amerika lideri Əfqanıstan hakimiyyətinə xəbərdarlıq edərək, Baqram bazasının ABŞ-yə verilməsindən imtina ediləcəyi halda “pis nəticələr” olacağı ilə hədələyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
2
sherg.az

3Источники