RU

WSJ: Rusiyanın yeni dron texnologiyası Ukrayna Silahlı Qüvvələrinə ciddi problem yaradıb

ain.az bildirir, Apa.az portalına istinadən.

Yeni pilotsuz uçuş aparatları texnologiyaları ruslara cəbhə xəttindən 32 kilometr məsafədəki Ukrayna texnikasını hədəfə almağa imkan verir.

APA xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.

Məlumata görə, son aylarda Rusiya pilotsuz uçuş aparatlarının fəaliyyət radiusunu genişləndirib. Bununla da Ukrayna logistikası üzərində daimi nəzarət qurmaq üçün yeni metodlardan istifadə etməyə başlayıb. Məqsəd insan və yüklərin cəbhəyə çatmasının qarşısını almaqdır.

Nəşr yazır ki, uzun müddət təhlükəsiz hesab edilən, yollar indi mütəmadi olaraq hücumlara məruz qalır. Rusiyanın logistikaya zərbə endirmək səyləri "səngərlərə və cəbhə xəttinə yüklərin daşınmasını daha da çətinləşdirir.

Məlumata görə, indi Rusiya Ukrayna yollarına əvvəlkindən daha uzaq məsafədən təhdid yarada bilir. Optik liflə idarə olunan dronlar artıq cəbhə xəttindən 19 kilometrdən çox məsafəni qət edə bilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
3
apa.az

4Источники