Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birdir və öz ölkəsinin suverenliyini müdafiə etməyə hazırdır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Bolivar Respublikasının prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının efirində bildirib.
"Amerika imperiyası Simon Bolivarın vətənini təhdid edir və vətən cavab verir: biz Venesuela xalqının suverenliyinə, sülhə, yaşamaq və işləmək hüququna zəmanət vermək üçün həmişəkindən daha çox birləşmişik", - dövlət başçısı bəyan edib.
O, Vaşinqtonu təhdidləri dayandırmağa çağırıb və Venesuelanın azad və suveren ölkə olaraq qalacağını vurğulayıb.