RU

Braziliya ABŞ-ni BMT Baş Assambleyasında demokratiya konfransına dəvət etməyib

Bakı. Trend:

Braziliya hökuməti ABŞ-ni BMT Baş Assambleyasının 80-cisessiyası çərçivəsində İspaniya ilə birgə təşkil edilən demokratiyamövzusunda konfransa dəvət etməyib.

Trend-inməlumatına görə, bu barədə CNN Brasil məlumat yayıb.

Rəsmi Braziliya bu qərarı ABŞ Prezidenti Donald Trampadministrasiyasının Braziliyada demokratiya və seçkilərə dair şübhədoğuran mövqeyi ilə əsaslandırıb.

Konfransa dəvət olunan ölkələr arasında Kolumbiya, Meksika,Çili, Keniya, Almaniya, Fransa və Kanada da var. Həmçinin BMT-ninbaş katibi Antonio Quterreşin tədbirdə iştirakı gözlənilir.

Qeyd edək ki, artıq ikinci ildir ki, Braziliya və İspaniya BMTBaş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində“Demokratiyanın müdafiəsi və ekstremizmə qarşı mübarizə” forumunubirgə təşkil edirlər.

Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində ümumisiyasət müzakirələri sentyabrın 23-dən 27-dək, həmçinin sentyabrın29-da keçiriləcək.

Избранный
6
az.trend.az

1Источники