RU

Regiona soyuqlar gəlir: temperatur kəskin enəcək Bizi nə gözləyir?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yeni həftənin ortalarında Rusiyada temperaturun 15 dərəcəyə qədər enməsi gözlənilir. Belə ki, Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına görə, bir neçə gün ölkənin bəzi ərazilərində əsl soyuqluq müşahidə olunacaq. Adətən regiona soyuq hava kütlələri daxil olan zaman bunun Azərbaycana təsirləri müzakirə obyektinə çevrilir.

Həqiqətən də digər qonşu ölkələrin hava durumu bizə birbaşa təsir edirmi? Azərbaycanı da kəskin soyuqlar gözləyirmi?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Rusiyada temperaturun aşağı düşməsi ölkəyə Arktikadan soyuq hava kütlələrinin daxil olması deməkdir:

“Bu kütlələr Rusiya ərazisinə yayılaraq Cənubi Qafqaza qədər gələ bilir, bəzən isə Azərbaycan ərazisini də keçərək cənuba enir. Ona görə də belə soyuq hava dalğalarının bizə təsir etməsi mümkündür. Ölkəmizdə temperaturun 15 dərəcə birdən-birə enməsi gözlənilmir, amma müəyyən qədər azalma mümkündür. Bu, təbii prosesdir və ciddi problem yaratmır”.

Qorxmaz İbrahimli

Ekoloq bildirib ki, atmosferdə hava kütlələri daimi dövran edir:

“Şimaldan, qərbdən və ya şərqdən gələn isti və ya soyuq hava kütlələri mütləq bizim ərazimizdən də keçir və təsirini göstərir. Məsələn, tozlu havaların Mərkəzi Asiya və ya Türküstandan daxil olması, yaxud Saxara səhrasından gələn tozun Azərbaycana qədər çatması bunun bariz nümunəsidir. Bunların hamısı atmosferdə sirkulyasiyanın intensivliyindən xəbər verir. Dünya böyük görünsə də, əslində çox kiçikdir. Baş verən hər bir qlobal dəyişiklik müxtəlif ölkələrdə özünü birbaşa göstərir. Bu səbəbdən insanlar iqlim dəyişikliyinə diqqət etməli, ətraf mühitin qorunmasına xüsusi önəm verməlidirlər. Ətraf mühitin mühafizəsi ailədən başlayır və burada hər bir vətəndaş fəal iştirak etməlidir”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
globalinfo.az

1Источники