RU

Polyak döyüşçü Rafael Fiziyevin əvəzinə Oliveyra ilə döyüşmək istəyir

Yüngül çəkidə UFC reytinqində səkkizinci yeri tutan polyak Mateuş Qamrot Çarlz Oliveyra ilə döyüşdə azərbaycanlı Rafael Fiziyevi əvəz etməyə hazır olduğunu bildirib.

İdman.biz bildirir ki, Fiziyev-Oliveyra döyüşü oktyabrın 11-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək “UFC Fight Night 261”in əsas tədbiri olmalı idi. Lakin Fiziyevin zədə səbəbində həmin döyüşə çıxa bilməyəcəyi barədə məlumatlar yayılıb.

"Mən hazıram və səbrsizliklə ora tullanmağı gözləyirəm! Getdik!", - Qamrot sosial şəbəkədəki səhifəsində yazıb.

Mateuşun son döyüşü “UFC on ESPN 68”də iyunun 1-də baş tutub. Həmin gün Qamrot yekdil qərarla (30-27, 30-27, 30-27) Lüdovit Kleyni məğlub edib.

İdman.biz

Избранный
27
1
idman.biz

2Источники