RU

Çexiya Prezidenti Rusiya hərbi təyyarələrini NATO ölkələrinin üzərində vurmağa çağırıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Çexiya Prezidenti Petr Pavel bildirib ki, Rusiya təyyarələri NATO ölkələrinin hava məkanını pozarsa, onları vurmaq lazımdır.APA xəbər verir ki, çexiyalı lider bu barədə "Novinky" portalına müsahibəsində danışıb.

O qeyd edib ki, belə hərəkətlər Avropada gərginliyi artırır və buna görə də Moskva üçün bu cür hərəkətlərin qəbuledilməz olduğunu göstərmək vacibdir.

“Bunu son dərəcə məsuliyyətsiz davranış hesab edirəm, çünki hava məkanının pozulması müdafiə mexanizmlərinin işə düşməsi və nəticədə təyyarənin məhv edilməsi üçün əsasdır”, – deyə prezident vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
2
apa.az

3Источники