ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 21 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətini ABŞ-dan deportasiya edilən venesuelalı cinayətkarları geri almağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb: “Biz Venesuela hakimiyyətinin qəsdən ABŞ-a göndərdiyi bütün məhbusları və psixiatriya müəssisələrindən insanları dərhal qəbul etməsini istəyirik”.
Tramp iddia edib ki, bu Venesuela vətəndaşları minlərlə amerikalını öldürüb və ya onlara zərər verib.
ABŞ Prezidenti qeyd edib ki, əgər Karakas onun çağırışlarına məhəl qoymasa, o, “ağılasığmaz dərəcədə yüksək bədəl ödəyəcək".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.