"Qarabağ" "Benfika" ilə matçda sona qədər təslim olmayıb.
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kamilo Duran "Sport" TV-yə açıqlamasında deyib.
O,Çempionlar Liqasının əsas mərhələsində qazandıqları möhtəşəm qələbəyə görə sevincli olduqlarını dilə gətirib:
"Bu qələbə bizi çox sevindirir. Şükürlər olsun ki, qol vura bildim. Asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xalı qazandıq.
Qarşılaşmaya diqqətsiz başladıq və hesabda 0:2 geriyə düşdük. Amma sona qədər təslim olmadıq. Oyun ərzində irəliyə doğru oynamağa çalışdıq və istəyimizə çatdıq".
"Benfika" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kamilo Duran "köhlən atlar"ın ikinci qolunu vurub.