RU

Britaniya mediası: Kir Starmer Fələstin dövlətini tanıyacaq

London, 21 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bazar günü günortadan sonra edəcəyi açıqlamada ölkəsinin Fələstin dövlətini tanıdığını elan edəcək.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu addım iyul ayında K.Starmerin verdiyi bəyanatdan sonra atılır. O zaman Baş nazir bildirmişdi ki, əgər İsrail sentyabr ayına qədər Qəzzada atəşkəsə razılaşmasa və uzunmüddətli iki dövlətli həllə əsaslanan sülh prosesinə sadiqlik göstərməsə, London öz mövqeyini dəyişəcək.

Bu qərar ardıcıl Britaniya hökumətlərinin uzun illər davam edən siyasətindən kəskin dönüş hesab olunur. Əvvəllər rəsmi London Fələstinin tanınmasının yalnız sülh prosesinin bir hissəsi olaraq və maksimum təsir göstərəcək anda mümkün ola biləcəyini bəyan edirdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu həftə Böyük Britaniyaya dövlət səfəri zamanı Fələstinin tanınması ilə razı olmadığını açıqlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
20
azertag.az

1Источники