RU

Çexiya Rusiya dronlarından qorunmaq üçün xüsusi qrup yaradacaq

Polşa üzərində Rusiya dronları ilə bağlı baş verən son insidentlərin fonunda Çexiya hökuməti ölkəni bu cür hücumlardan qorumaq üçün xüsusi qrupun yaradılmasına qərar verib.

APA xəbər verir ki, bu barədə "Radio Prague International" ölkənin Baş naziri Petr Fialaya istinadən məlumat yayıb.

Baş nazir bildirib ki, qrupa Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, ordu, polis və digər qurumların ekspert və analitikləri daxil olacaq.

Qrupun əsas vəzifəsi texnologiyaların inkişafını izləmək və dron hücumlarına qarşı müdafiə tədbirlərini hazırlamaq olacaq.

Избранный
18
1
apa.az

2Источники