Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak sentyabrın 20-də ABŞ dövlət katibi Marko Rübio ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə məlumatı "RBC-Ukrayna" yayıb.
Tərəflər Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Danışıq zamanı həmçinin Prezident Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutacaq görüşün əhəmiyyəti vurğulanıb.