RU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi” futbol komandasının və Ukrayna millisinin hücumçusu Mixail Mudrik idmanın yüngül atletika növünə keçməyi qərarı verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Dopinq qəbul etməkdə ittiham olunan Mixail Mudrik 2024-cü ilin dekabrından etibarən müvəqqəti olaraq futboldan kənarlaşdırılıb.

İyun ayında İngiltərə Futbol Assosiasiyası (FA) Mudrikə qarşı rəsmi olaraq dopinq qaydalarını pozmaq ittihamı irəli sürüb və bu, onun maksimum dörd il müddətinə cəzalandırılması ilə nəticələnə bilər.
 

Hazırda 24 yaşlı ukraynalı yüngül ayletika üztə milli komandada məşqlərə başlayıb və hazırlığı keçmiş Olimpiyaçılar tərəfindən idarə olunur. Mudrik 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi hədəfləyib.


Mudrik “Çelsi”də yanvar 2023-cü ildən çıxış edir. 2024/25 mövsümündə o, bütün turnirlərdə 15 matç keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizim.Media

Избранный
9
4
bizim.media

5Источники