Misli premyer-liqasının 5-ci turunda “Qəbələ” “Kəpəz”i darmadağın edib: 3:0
“Football-plus.az” xəbər verir ki. komandanın baş məşqçisi Kaxaber Sxadadze media önünə çıxıb.
- “Qarabağ”ı Çempionlar Liqasındakı qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycan futbolu üçün böyük uğurdu. O oyundan hamı zövq aldı. Öz
komandamı da təbrik edirəm. Gərgin oyun alındı. Əvvəldən hiss olunurdu. Sevinirik ki, Ovusu vacib qollar vurdu. Həm də məyus olduq ki, bəzi futbolçular etimadı doğrultmadı. İnanın ki, məşqlərdə hər şey bundan daha yaxşı alınır. Ziyanı
təbrik edirəm. Debüt etdi. Yaxşı oyun oynadı. Öz oyunumuzu oynamalıyıq.
- Mövsümdə ilk qələbəni qazansaz da, yorğun görünürsüz. Niyə?
- Gərginlik var idi. Komanda yorulmadı, əksinə rəqibi yorduq. Əvvəlki oyunlarda da yaxşı oynamışdıq. Səhvlərimizdən qol buraxırdıq.
- Siz də sistemli oyun oynatmağı sevirsiz. Bunu “Qəbələ”də tətbiq etmək üçün nə qədər zaman lazımdı?
- Oyun var, bu, sistem deməkdi. Futbolçular gəncdi. Heyət güclənməlidi. Transferlərimiz gözlənilir. Oyunun sonlarında da xeyli epizodlarımız oldu. Ovusu ötən mövsüm U-19 komandasında oynayırdı. Bu oyunda da əla oynadı.
- “Qəbələ“də hər şey var idi, qələbədən başqa. Bu gün bu da oldu. Növbəti turda “Qarabağ”la oynayacaqsız. “Qarabağ”ın ÇL-ə başı qarışıb. Bu oyunda əvvəlki “Qarabağ”- “Qəbələ” atmosferini görə bilərik?
- “Qarabağ”a böyük hörmətim var. Qurbanov Avropada ən güclü 5 məşqçidən biridi. Amma heç kimdən qorxmuruq. O oyunda avtobus qurmayacağıq. Öz oyun üslubumuz var.
- Hansı mövqeyə, neçə transfer istəyirsiz?
- Ağır sualdı. Güclənməliyik. Rəhbərlik də bunu bilir. Qarşımıza çətin hədəf qoyulub. Legioner limiti də ləğv olunub. İmkanlarımız daxilində transfer etməyə çalışacağıq.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта