ABŞ hakimiyyəti sentyabrın 21-də amerikalı mühafizəkar fəal Çarli Kirkin anım mərasiminin keçiriləcəyi State Farm Stadium-un yerləşdiyi Arizona ştatının Qlendeyl şəhərinin səmasını bağlayacaq.
Musavat.com xəbər verir ki, məlumatı Fox News yayıb.
Bildirilir ki, yerli hakimiyyət orqanları ABŞ prezidenti Donald Tramp, vitse-prezident J.D.Vens və digər rəsmilər də daxil olmaqla, ən azı 63 min insanın anım mərasiminə qatılacağını gözləyir. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, bu, tədbiri “ekstremistlər üçün cəlbedici hədəfə” çevirir. Onlar həmçinin Kirkin ritorikası ilə razılaşmayanların stadiondan kənarda etiraz aksiyaları keçirməyə cəhd edəcəyini istisna etmədiklərini deyirlər.
Musavat.com