RU

İsrailin hücumu nəticəsində Livanın cənubunda “Hizbullah” üzvü həlak olub

İsrailin hücumu nəticəsində Livanın cənubunda “Hizbullah” üzvü həlak olub

İsrail Hərbi Hava Qüvvələrinin PUA-sı “Hizbullah” üzvünün avtomobilinə zərbə endirib

AFN.az "Lebanon 24"-ə istinadən xəbər verir ki, hadisə Arnun şəhəri yaxınlığında, Nabatia–Mardjayun şosesində baş verib. Təşkilat üzvü aldığı xəsarətlərdən dərhal dünyasını dəyişib.

19 sentyabrda cənub Livanda İsrail PUA-larının digər hücumları zamanı daha iki “Hizbullah” üzvü həlak olmuş, Tibnin şəhərində birinin zərərsizləşdirilməsi zamanı 11 dinc sakin yaralanmışdı.

Livanda Daxili İşlər Nazirliyinin məlumatına görə, atəşkəs sazişinə baxmayaraq, İsrail bu ilin əvvəlindən Livan ərazisinə 4,5 mindən çox hücum edib. Hücumlar nəticəsində 248 nəfər ölüb, 675 nəfər yaralanıb, onlardan 11-i uşaqdır.

Избранный
8
afn.az

1Источники