RU

Ülvi Qənizadə ikinci dəfə dünya çempionu olub

Ajans.az  xəbər verir ki, yarışın səkkizinci günündə 72 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı Ülvi Qənizadə finalda fransalı İbrahim Qanemi ilə üz-üzə gəlib. Güləşçimiz rəqibini 4:2 hesabı ilə məğlub edərək yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu olub. Xatırladaq ki, ötən il Tiranada keçirilən dünya çempionatının finalında da güləşçimiz Qanemini üstələmişdi.

Qeyd edək ki, Ülvi Qənizadə 2022-ci ildə Belqradda keçirilən dünya çempionatının finalında türkiyəli Əli Arsalana uduzaraq gümüş medal qazanmışdı. O, həm də 2023-cü ilin Avropa çempionudur.

Избранный
4
10
Ajans.az

10Источники