Hollivud ulduzları Ben Affleck və Jennifer Lopez Beverly Hills-də yerləşən malikanələrini yenidən satışa çıxarıb.
"Unikal" xəbər verir ki, cütlük daha əvvəl 68 milyon dollara təklif etdiyi dəbdəbəli evin qiymətini 52 milyon dollara endirib.
Məlumata görə, bu addım onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır. Jennifer Lopez Hidden Hills-dəki yeni evinə köçməyə hazırlaşdığı halda, Ben Affleck ayrı bir malikanəyə yerləşib.