RU

Azad Vətən Partiyası sosial məsələlərə diqqəti artırıb - FOTOLAR

Azad Vətən Partiyası (AzVP) Siyasi Şurasının növbəti iclası keçirilib. İclasın əvvəlində dövlət himni oxunub, Şəhidlərin xatirəsi yad olunub. Siyasi Şuranın sədri Novruz Novruzov gündəliyə təklif olunan məsələləri təqdim edib və gündəlik təsdiq olunub. 
 
Partiya sədri Akif Nağı hesabat dövrü ərzində görülən işlərdən danışıb, qərarların icrası ilə bağlı məlumat verib. Sədr qeyd edib ki, partiya xətti ilə kifayət qədər işlər görülüb. TV-lərdə, digər KİV-də, sosial şəbəkələrdə çıxışlar partiyanın apardığı işə yeni stimul verib. Təşkilata yeni üzvlərin cəlb olunması, bu məqsədlə rayonlara səfərlər, yerli təşkilatların üzvləri ilə keçirilən görüşlər işin səmərəliliyini xeyli artırıb.
 
Akif Nağı partiya sədri kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkil etdiyi Ağdama səfər barədə də məlumat verib və işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işlərinin dinamikasının yüksək olduğunu nəzərə çatdırıb. 
 
Təşkilatlanma məsələsi üzrə Şəki və Bərdə rayonlarına səfərlər, partiya üzvləri ilə bilavasitə yerlərdə problemləri müzakirə etmək, partiyanın yürütdüyü sosial siyasətin istiqamətlərini izah etmək öz bəhrəsini verib. Partiya sədri bildirib ki, Şəki rayonunun Göybulaq kəndindəki AzVP üzvlərinin müraciətindən sonra pariyanın icra aparatı müvafiq təşkilatlara məktub göndərib və  kəndin su təchizatının yaxşılaşdırılmasına nail olunub. Hazırda kənd yolunun təmiri üzrə əlaqədar təşkilatla danışıqlar aparılır.
A.Nağı sonra hazırkı ictimai-siyasi şərait və partiyanın vəzifələrinə dair geniş məruzə ilə çıxış edib, Ermənistanla ilkin razılıq əldə olunan sülh müqaviləsi, Azərbaycan-Rusiya münasibətləri barədə geniş şərh verib. Məruzə ətrafında Novruz Novruzov, Haşim İsgəndərli, Elxan Rəhimov, Şaiq Süleymanov, Tacəddin Əyyubov, Seymur İsmayılov, Fəzli Qasımov, Babək Sadıqov və digərləri çıxış edib, münasibətlərini bildirib, təkliflər verib. Sonda müzakirə olunan məsələlərə dair uyğun qərarlar qəbul edilib. 
 
Избранный
3
2
moderator.az

3Источники