Londonda "Kristal Pelas"la oyun öncəsi minlərlə "Vest Hem" azarkeşi stadionun qarşısında etiraz aksiyası keçirib.
Azarkeşlər "Bredi və Sullivan getsin" kimi şüarlar səsləndirərək, sahibi David Sullivan və vitse-prezident Karren Bredinin istefasını tələb ediblər. Təşkilatçılar hər ev matçından əvvəl oxşar yürüşlər vəd edib və oktyabrın 20-də Brentfordla oyunu boykot etməyə çağırıblar.
Etirazlar bir sıra zəif nəticələrdən sonra güclənib. "Vest Hem" fevral ayından bəri London stadionunda qalib gəlmir və cari mövsümə pis başlayıb: "Sanderlend"ə 3-0 və "Çelsi"yə 5-1-lik məğlubiyyətlə.
Baş məşqçi Qrem Potterin mövqeyi vəziyyəti daha da mürəkkəbləşdirir. “Kristal Pelas”a 2:1 hesablı məğlubiyyətdən sonra mətbuatda çıxan xəbərlər klubun onun istefasını nəzərdən keçirdiyini bildirir. Klub Premyer Liqada 18-ci yerə düşüb və Britaniya mətbuatının yazdığına görə, Hari O'Nil Potterin mümkün davamçısı kimi qəbul edilir.
İdman.biz