RU

NATO Türkiyənin hava müşahidə sistemindən istifadə etməyi planlaşdırır

NATO Türkiyənin hava müşahidə sistemindən istifadə etməyi planlaşdırır

Polşa və Rumıniya son vaxtlar baş verən pilotsuz uçuş aparatları insidentlərini nəzərə alaraq, Türkiyənin Merops (Multispectral Extended Range Optical Sight) hava müşahidə sistemindən istifadə etməyi planlaşdırır.

AFN.az DPA-ya istinadın xəbər verir ki, təlimlər yaxın vaxtlarda başlayacaq.

Məlumata görə, NATO tərəfdaşları qısa müddətli tətbiq üçün Türkiyə sisteminə güvənir və təlimlər Ukraynanın dəstəyi ilə təşkil olunacaq. İlk addımların növbəti həftədən etibarən atılacağı gözlənilir.

Sistem helikopterlərə quraşdırıla və bulud, toz şəraitində düşmən obyektlərini aşkarlaya bilir. İlk dəfə ictimaiyyətə 2022-ci ildə təqdim olunub.

10 sentyabr səhəri Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanına daxil olan bir neçə obyekti – PUA-ları məhv etdiyini açıqlayıb. Baş nazir Donald Tusk bildirib ki, 9–10 sentyabr gecəsi 19 hava sərhəd pozuntusu qeydə alınıb. NATO, Polşanın müraciəti ilə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq üzv ölkələr arasında məsləhətləşmələrə başlayıb.

Избранный
29
afn.az

1Источники