1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İtaliya A Seriyasının 4-cü turunda "Yuventus" xal itirsə də, matç sayı fərqi ilə liderliyə yüksəlib.
Oxu.Az xəbər verir ki, komanda "Verona" ilə səfər matçında qələbəni əldən verib.
Belə ki, 19-cu dəqiqədə Konseysao hesabı açsa da, 44-cü dəqiqədə Orban penaltidən tarazlığı bərpa edib - 1:1.
Hazırda "Qoca sinyora" 10 xalla yarış cədvəlinə başçılıq edir. Onun rəqibi isə 3 xalla 15-ci sırada qərarlaşıb.