RU

2025 ci ilin “Qızıl topu”nu Ronaldinyo təqdim edəcək

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

2025-ci ilin “Qızıl topu”nu mövsümün ən yaxşı oyunçusuna “Barselona”, ​​PSJ, “Milan” klublarının və Braziliya millisinin keçmiş üzvü Ronaldinyo təqdim edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə COPE jurnalisti Dani Xil “X” sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, tədbiri təşkil edən “France Football” jurnalı Ronaldinyonu bu rola “Qızıl top”u qazanmasının 20 illiyi şərəfinə seçib.

Qeyd edək ki, bu  il “Qızıl top” tarixdə dördüncü dəfə təqvim ilinə görə deyil, mövsümün nəticələrinə görə (2024-cü il avqustun 1-dən 2025-ci il iyulun 13-dək) ​​təqdim olunacaq.

Mərasimdə kişilər arasında “Qızıl top”la yanaşı, qadınlar arasında “Qızıl top”, 21 yaşadək ən yaxşı gənc oyunçu üçün kubok (Kopa kuboku), ən yaxşı qapıçı mükafatı (Lev Yaşin kuboku), ən yaxşı bombardir (Gerd Müller kuboku) və s. təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
yeniavaz.com

1Источники