Bakı. Trend:
Haaqa səlahiyyətliləri Niderland hökumətinin immiqrasiyasiyasətinə qarşı keçirilən etirazların qarşısını almaq üçün polisəgözyaşardıcı qazdan istifadə icazəsi verib.
Trend-inməlumatına görə, şəhərin meri iğtişaşların dağıdılması üçünfövqəladə sərəncam imzalayıb.
Polisin açıqlamasına əsasən, ifrat sağ hərəkatın tərəfdarlarıA12 avtomobil yolunu icazəsiz bağlayaraq etiraz aksiyasıkeçiriblər. Təxminən 1500 nəfər toplaşaraq hüquq-mühafizəorqanlarının əməkdaşlarına daş və butulkalar atıb, bir polismaşınını yandırıblar.
Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları vəçevik qüvvələrdən istifadə edir.