BAKI, 20 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının V turunun növbəti oyun günündə “Sabah” və “Turan Tovuz” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşma ilk qolu meydan sahiblərinin oyunçusu 56-cı dəqiqədə Velko Simiç vurub. Mayça əlavə olunmuş 90+4-cü dəqiqədə isə “bayquşlar”ın kapitanı Pavol Şaftanko fərqlənib.
Qeyd edək ki, turun bu gün baş tutan “Qəbələ” - “Kəpəz” qarşılaşması “qırmızı-qaralar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyumlarda "İmişli" "Karvan-Yevlax"ı 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib.