RU

Onmlar Ermənistanın şərəfli vətəndaşları kimi qəbul olunmalıdır

ain.az, Milli.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə ilə aktiv dialoq apardıqlarını və yaxın gələcəkdə quru yolu əlaqəsinin qurulacağını bildirib. Onun sözlərinə görə, bu addım Ermənistanın Avropa ilə birbaşa əlaqə imkanlarını da gücləndirəcək.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivil Müqavilə Partiyasının qurultayında çıxış edən Paşinyan, Qarabağdan köçənlərin məsələsinə toxunub.

Paşinyan, Qarabağdan Ermənistana köçən şəxslərin artıq qaçqın kimi deyil, Ermənistanın şərəfli vətəndaşları kimi qəbul olunmalı olduğunu bildirib:

"Bu insanlar bizim dəstəyimizlə qaçqın statusundan çıxaraq Ermənistan vətəndaşlığına keçməlidirlər."

Baş nazir, Ankara ilə aparılan dialoqun müsbət nəticələr verdiyini və yaxın zamanda Türkiyə və Avropa İttifaqı ilə quru yolu nəqliyyatının açılacağına ümid etdiyini söyləyib:

"Bu dialoq bizə yaxın gələcəkdə Türkiyə ilə, dolayısı ilə də Avropa İttifaqı ilə quru yolu bağlantısına sahib olacağımıza inam verir."

Paşinyan həmçinin Rusiya ilə münasibətlərə toxunaraq, əlaqələrin yapıcı dönüşüm mərhələsində olduğunu bildirib:

"Rusiya ilə siyasi dialoq aktiv olaraq davam edəcək," - deyə o, vurğulayıb.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
2
news.milli.az

10Источники