RU

Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə AzərbaycanOrdusunda silsilə tədbirlər keçirilib.

Trend xəbər verirki. əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənuğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə müdafiə naziri general-polkovnik Zakir HəsənovunAzərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçılarındiqqətinə çatdırılıb.

Çıxışlarda 2024-cü il sentyabrın 19-da AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığıSərəncamla hər il sentyabrın 20-nin Azərbaycan RespublikasındaDövlət Suverenliyi Günü kimi qeyd edildiyi vurğulanıb.
Qürur hissi ilə bildirilib ki, Ulu Öndər Heydər ƏliyevinAzərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasiirsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlhamƏliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ildəhəyata keçirilmiş 44 günlük Vətən müharibəsi və sonrakıəməliyyatların Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa vətəhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya olduğu diqqətəçatdırılıb.

Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının əsrlərləmüstəqillik uğrunda mübarizəsinin rəmzi, dövlətin konstitusiyaquruluşunun bütün ərazilərimizdə tam bərpa olunması, millihəmrəyliyin güclənməsi və müstəqil dövlətçilik yolunun təntənəsiolduğu izah edilib.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti,şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərəkxatirələrini hörmət və ehtiramla anıblar.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Избранный
11
18
az.trend.az

10Источники