RU

Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib FOTO

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.

Çıxışlarda 2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edildiyi vurğulanıb.

Qürur hissi ilə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ildə həyata keçirilmiş 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatların Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya olduğu diqqətə çatdırılıb.

Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının əsrlərlə müstəqillik uğrunda mübarizəsinin rəmzi, dövlətin konstitusiya quruluşunun bütün ərazilərimizdə tam bərpa olunması, milli həmrəyliyin güclənməsi və müstəqil dövlətçilik yolunun təntənəsi olduğu izah edilib.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
179
18
apa.az

10Источники