Azərbaycan hərbi tarixinə ağır itki üz verib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.
Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır.
"Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.
***
Polkovnik-leytenant Şəmistan Nəzirli ilə vida mərasimi sabah saat 13:00-da evində keçiriləcək.
Şəmistan Nəzirli Bülbülə qəbristanlığında dəfn ediləcək.//Oxu.az
Xəbər 4 dəfə oxunub.