“Haas” komandasının pilotu Esteban Okon Azərbaycan Qran-Prisinin sıralama turundan sonra texniki yoxlamadan keçə bilməyib və diskvalifikasiya riski ilə üzləşib.
90deqiqe.Az-ın "FIA"ya istinadən məlumatına görə, fransalı sürücünün avtomobilində arxa qanad elastiklik testindən keçməyib və norma limitlərini aşdığı müəyyən edilib.
Sıralama turunun nəticələrinə görə Okon 18-ci yerdə qərarlaşıb, yalnız “Alpine”dən Pyer Qasli və “Villiams”dan Alex Albonu qabaqlayıb.
Xatırladaq ki, Bakıda sıralama turunun qalibi dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Verstappen olub. Sabahkı əsas yarışda onun yanında ilk sırada “Villiams” sürücüsü Karlos Sayns yer alacaq.