RU

Rusiya təyyarələri vurulsun!

Çexiya Prezidenti Petr Pavel Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozması ilə bağlı sərt açıqlama verib.

Modern.az-ın məlumaına görə, o, Çexiya televiziyasına müsahibəsində bildirib ki, hava məkanının pozulması hərbi cavab üçün əsasdır:

“Belə hallara operativ reaksiya verilməlidir, o cümlədən hərbi yolla. Rusiya çox tez başa düşəcək ki, səhv edib və yolverilməz sərhədi keçib. Təəssüf ki, bu, münaqişə riski yaradır, amma biz pisliyə boyun əyməməliyik”, – Pavel vurğulayıb.

Prezidentin sözlərinə görə, NATO ölkələri belə təyyarələri vurmaqdan çəkinməməlidirlər:

“Hava məkanının pozulması müdafiə mexanizmlərinin işə düşməsi üçün səbəbdir. Bu isə həmin təyyarənin vurulması deməkdir. Bunu nə biz, nə də Rusiya istəmir, amma qaydanı pozan tərəf nəticə ilə üzləşməlidir.”

Избранный
25
2
modern.az

3Источники