RU

Azərbaycanda taksi istifadəçilərinin sayı artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 54 447,8 nəfər olub, bu da illik müqayisədə 0,4% artım deməkdir. Bu baradə Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, ötən ilin yanvar-avqust aylarında ölkə üzrə taksi xidmətindən 54 230,8 müştəri istifadə edib. Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6% artaraq 1 208 588,1 min təşkil edib.

Избранный
7
5
avtosfer.az

6Источники