RU

Adnan Əhmədzadə harada və necə həbs edilib?

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Sitat.info Unikal.az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə ötən gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.

Məlumata görə, A.Əhmədzadə yarışın keçirildiyi əraziyə "Maybak" markalı "77-AA-555" dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlibmiş.

Избранный
26
13
sitat.info

10Источники