Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyada utilizasiya rüsumunun artırılması xəbərləri fonunda insanlar avtomobil almağa başlayıblar: son bir həftədə diler salonlarında satışlar 36% artıb.
Ölkə.Az News.ru-ya istinadən xəbər verir ki, bunu “Rolf” şirkətinin yeni avtomobillərin satışı departamentinin direktoru Nikolay İvanov bildirib.
Onun sözlərinə görə, paralel idxal olunan avtomobillərin həcmi 55% artıb.
“Əminliklə deyə bilərəm ki, yeni avtomobillərə tələbat son günlərdə kəskin şəkildə yüksəlib. Bu da utilizasiya rüsumunun yeni hesablanma formulu barədə mediada yayılan xəbərlərlə bağlıdır”, – deyə İvanov qeyd edib.
Mənbələrin məlumatına görə, xaricdən gətirilən avtomobillərə tələbat 300% artıb. Ruslar Yaponiyadan, Cənubi Koreyadan və Almaniyadan son əlçatan xarici avtomobilləri kütləvi şəkildə alır. Hazırda paromlarda və gömrük rəsmiləşdirməsində böyük növbələr müşahidə olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.