RU

Oyunçularla ortaq məxrəcə gələ bilmirik Adil Şükürov

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 5-ci turunda "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"İlk növbədə "Qəbələ" komandasını təbrik edirəm. Əllərinə düşən imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq istədiklərimizi edə bilmirik. Bunun səbəblərini axtardıq, futbolçularla danışdıq. Oyunçularla bir çox məsələlərdə ortaq məxrəcə gələ bilmirik.

Məşqdə gördüklərimizi oyunda görə bilmirik. Görünən odur ki, tam olaraq istədiklərimizi meydanda həyata keçirə bilmirik. Bu da bütün oyunlarda məğlub olmağımızla nəticələnir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
qol.az

2Источники