RU

“Tərbiyəsizlik etdilər, cavabını verdim” Adil Şükürov

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qəbələ”ni təbrik edirəm. Onlar düşən bütün imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq, istədiklərimizi edə bilmirik. Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik. Futbolçularla yenə də danışacağıq. Futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmir. Bu da bütün matçlarda məğlubiyyətimizə səbəb olur”.

Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” – “Kəpəz” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Nəyə görə azarkeşlərlə münasibətiniz yaxşı deyil?

– Mən belə deməzdim. Burada oynadığım vaxt bizim başımıza çox oyun gətirmişdilər. Hətta bizi zəhərləmişdilər “Kəpəz” mənə çox əzizdir. Ona görə də, kimsə nəsə deyəndə, mənə çox pis təsir edir. Elə adamlar var ki, heç “Kəpəz”in tarixindən xəbəri yoxdur. Futbolçular təzyiqə tab gətirə bilmirlər.

– Azarkeşin üzərinə niyə getdiniz?

– Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil.

– Niyə hər mövsüm “Kəpəz”də bu cür vəziyyət yaranır?

– Mənim üçün də maraqlıdır. Burada başqa maraqlar ola bilər.

– Tunelin sonunda işıq görürsüz?

– Çətin sualdır, cavabım yoxdur.

– Ötən mövsüm Azər Bağırov “Kəpəz”dən göz yaşları ilə ayrılmışdı. Ondan halallıq almışdız?

– “CBC Sport”da Azər Bağırovun qonaq olduğu verilişə baxdım. Heç kəs hara, necə gəldiyini unutmasın.

– İstefaya göndərilməyiniz nə dərəcədə realdır?

– Realdır. Yəqin ki, sağollaşacağıq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
10
futbolpress.az

10Источники