MİNGƏÇEVİR, 20 sentyabr. TELEQRAF
Mingəçevirdə yol qəzası olub, bir nəfər yaralanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Mingəçevirdə Heydər Əliyev prospektində baş verib.
"Nissan" markalı avtomobillə motosikletin toqquşması nəticədə yaralanan motosikletin sürücüsü 1966 -cı il təvəllüdlü Kərəm Həsənov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.