RU

“Türkiye” qəzeti: Erməni lobbisinin təşəbbüsləri ABŞ Konqresində rədd edildi

ABŞ Konqresinə ermənipərəst qanunvericilər tərəfindən təqdim edilən Türkiyə və Azərbaycan əleyhinə təşəbbüslər Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib. Bununla da, Ankara və Bakının düşmənlərinə tarixi zərbə vurulub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazır. Nəşrin məlumatına görə, komitə, xüsusilə də demokrat konqresmen Bred Şermanın Türkiyəyə yardımların bloklanması, həmçinin Azərbaycana qarşı məhdudiyyətlərin tətbiqinə dair qalmaqallı təkliflərini dəstəkləməkdən imtina edib.

Erməni lobbisi tərəfindən dəstəklənən qanunverici iddia edib ki, guya Türkiyə Ermənistanı blokadada saxlayır və buna görə də Vaşinqton Ankaraya, xüsusilə də müdafiə sahəsində yardımı dayandırmalıdır.

Şerman, həmçinin təklif edib ki, ABŞ dövlət katibi Bakıda məhkəmə qarşısına çıxarılan erməni separatçılarının “azad edildiyini təsdiqləyənədək” Azərbaycanda heç bir layihə dəstəklənməsin.

Nəşrin yazdığına görə, ermənipərəst konqresmenin bütün təklifləri yekunda rədd olunub. Bu isə sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ Evin rəhbəri Donald Tramp arasında nəzərdə tutulan görüş ərəfəsində baş verib.

Türkiyə lideri sosial şəbəkədə yazıb ki, Ağ Evdəki görüşdə ticarət, investisiya və müdafiə sənayesi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. Ərdoğan “NSosyal” sosial şəbəkəsindəki paylaşımında əminlik ifadə edib ki, Tramp ilə görüş “qlobal sülh baxışı çərçivəsində bölgədə müharibə və münaqişələrin dayandırılmasına, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək”.

Избранный
15
5
yeniazerbaycan.com

6Источники