RU

Zelenski: Trampla görüş planlaşdırıram

Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasının açılışı proqramı çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Kiyevdə mətbuat konfransı keçirən Zelenski yerli və beynəlxalq mətbuat mənsublarının Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələrlə bağlı suallarını cavablandırıb.

Çıxışında cəbhə xəttindəki vəziyyətə toxunan Zelenski bu yaxınlarda Donetsk bölgəsində Rusiya ordusuna qarşı əks-hücum keçirdiklərini xatırladıb.

Hücumun xüsusilə bölgənin Pokrovsk və Dobropilya şəhərləri istiqamətində davam etdiyini izah edən Zelenski indiyə qədər təxminən 330 kvadrat kilometr əraziyə nəzarəti bərpa etdiklərini bildirib.

Zelenski həmçinin Xarkov vilayətinin Kupyansk şəhərində şiddətli döyüşlərin davam etdiyini qeyd edərək, Rusiyanın şəhər mərkəzinə hücumlarını dəf etməyə davam etdiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
35
turkustan.az

1Источники