Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
***
Naxçıvanda ağır qəza baş verib, 15-dən çox yaralı var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.
Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.