RU

ADSEA-da su da yoxdu, mətbuatla ünsiyyət də » AzadMedia.az


Mətbuat xidmətləri mətbuatdan qaçmamalıdır

Ceyhun Musaoğlu bir daha özünün qeyri-peşəkar davranışı ilə gündəmə gəlib. Jurnalist İlhamə Əlinin yazdığına görə, Xırdalanda suyun kəsilməsi ilə bağlı paylaşım etdiyinə görə onu “WhatsApp”da bloka atmaqla “məsələni həll edib”.

Bəs bu şəxsləri vəzifəyə kim təyin edir, onların məsuliyyət dairəsi necə müəyyən olunur? Axı mətbuat xidməti rəhbərinin əsas vəzifəsi səbirli, təmkinli olmaq, jurnalistin vətəndaşın sualına cavab verməkdir. Amma görünür ki, kreslonun eyforiyası və statusun verdiyi “çoxbilmişlik” hissi hər şeyi unutdurur.

Əslində, mətbuat xidmətləri dövlət qurumlarının ən açıq üzü olmalıdır. Onların işi vətəndaşı, medianı bloklamaq deyil, şəffaf məlumat verməkdir. Əgər abonentə su verməli qurumun qaynar xətti işləmir, mətbuat xidməti də jurnalisti bloklayırsa, kimə müraciət etsin?

İlhamə Əlinin yazısında diqqət çəkən başqa bir məqam da odur ki, abonent hər ay ödənişini etsə də, xarab olan sayğacın yenisi 250 manata abonentin üzərinə yüklənir. Bu, hüquqi və məntiqi baxımdan əsassızdır. Əgər qurum xidmət haqqını alırsa, texniki nasazlığa görə məsuliyyət də onun üzərinə düşməlidir.

Ceyhun Musaoğlu vəzifəsini şəxsi ambisiyalarla qarışdırmamalıdır, təəssüf ki, təyinatından buna şahidlik edirik. Mətbuatla işləmək bacarıq, savad, səbr tələb edir. “Bloka atmaq” heç vaxt həll yolu olmayıb.

Böyük ehtimalla “mən deyiləm, köməkçim edib” arqumenti səslənəcək. Amma məsuliyyət vəzifə sahibinin üzərindədir.

Mətbuat xidmətləri üçün bir daha xatırlatma – vəzifəniz jurnalisti, vətəndaşı bloklamaq yox, məlumatlandırmaqdır. Peşəkar olun, peşəKAR yox!

Избранный
37
1
azadmedia.az

2Источники