RU

“Trabzonspor”dan qalmaqallı paylaşım

“Trabzonspor” rəsmi hesabında “Qaziantep FK” ilə oyun öncəsi maraqlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, klub qarşılaşmaya hazırlıqlar çərçivəsində zibil qutusunun önündə qapıçı əlcəklərinin fotosunu yayımlayıb.

Paylaşımın dərhal ardından sosial şəbəkələrdə bu görüntünün türkiyəli qapıçı Uğurcan Çakıra göndərmə olduğu iddiaları ortaya çıxıb.

Belə ki, futbolçu Türkiyənin İspaniya ilə qarşılaşdığı matçda qapısında 6, "Qalatasaray"ın "Ayntraxt Frankfurt"la qarşılaşdığı matçda isə 5 qol görmüşdü.

Məsələ azarkeşlər arasında geniş müzakirə mövzusu olub.

Избранный
26
2
fanat.az

3Источники