RU

"Formula 1": Bakıdakı sıralama turunda birinci yeri tutan pilot bəlli olub - YENİLƏNİB

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

"Report"un məlumatına görə, üç sessiyanın yekununda birinci olan pilot bəlli olub.

Ən yaxşı nəticəyə "Red Bull"dan Maks Ferstappen imza atıb. Niderlandlı sürücü əsas yarışda ilk sırada olacaq.

"Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

17:09

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun ikinci sessiyası başa çatıb.

"Report"un məlumatına görə, hələlik ən yaxşı nəticəni "Red Bull" Maks Ferstappen göstərib.

15-ci pillədəki Oliver Berman ("Haas"), 14-cü Lens Stroll ("Aston Martin"), 13-cü Qabriel Bortoleto ("Kik-Zauber"), 12-ci Lyuis Hemilyon və 11-ci Fernando Alonso ("Aston Martin") üçüncü - sonuncu sessiyada iştirak etməyəcək.

16:34

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun ilk sessiyası başa çatıb.

"Report"un məlumatına görə, hələlik ən yaxşı nəticəni "Maklaren"dən Lando Norris göstərib.

16-cı sıradakı Franko Kolapinto ("Alpin"), 17-ci yerdəki Niko Hyolkenberq ("Kik-Zauber), 18-ci pillədəki, Esteban Okon ("Haas"), 19-cu olan Pyer Qasli ("Alpin") və 20-ci Aleksander Albon ("Uilyams) ikinci sessiyadan kənarda qalıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

16:00

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saat 16:00-da start verilib.

Yekunda əsas yarışa ilk sırada başlayan pilot müəyyənləşəcək.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq "Maklaren"dən Lando Norris və "Ferrari"dən Lyuis Hemilton ən yaxşı nəticəni göstərib. Bugünkü üçüncü sərbəst yürüşdə də Norris fərqlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Избранный
25
3
sherg.az

4Источники