RU

Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşıb, 16 nəfər xəsarət alıb - YENİLƏNİB

Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb.

"Report"un məlumatına görə, qəza nəticəsində avtobusun sürücüsü və 15 sərnişin xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb.

17:03

Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunub.

Избранный
12
7
anews.az

10Источники