RU

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Moderator.az xəbər verir ki, qardaş ölkənin müdafiə qurumunun sosial şəbəkə paylaşımında Ankara ilə Bakının “Bir millət, iki dövlət” kəlamı işığında sarsılmaz birliyinə diqqət çəkilib.

“20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycandakı qardaşlarımızı təbrik edirik. Türkiyə və Azərbaycan ‘Bir millət, iki dövlət’ kəlamı işığında öz birliyini davam etdirəcək”, – deyə paylaşımda vurğulanıb.

Paylaşımda, həmçinin Azərbaycan Müdafiə Nazirliyinin rəsmi hesabı (@wwwmodgovaz) da qeyd olunub.

Избранный
15
19
moderator.az

10Источники