İngiltərə Premyer Liqasında 5-ci turun qarşılaşmaları keçirilir.
İdman.biz bildirir ki, turun oyunların "Liverpul" - "Everton" qarşılaşması ilə start verilib.
Çempionatın lideri oyuna fəal şəkildə başlayıb. Oyunda hesabı 10-cu dəqiqədə Rayen Qravenberh açıb - 1:0.
29-cu dəqiqədə Uqo Ekitike hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.
Biirnci hissə bu hesabla başa çatıb.
İkinci hissədə 58-ci dəqiqədə İdrissa Qeye hesab arasındakı fərqi azaldıb - 2:1.
Oyun bu hesabla bitib. Bu qələbədən sonra "Liverpul" 5 oyundan 15 xal toplayaraq liderlik mövqeyində möhkəmlənib. İkinci yerdə 4 oyundan 9 xal toplamış "Arsenal"dır.
İdman.biz