RU

Azərbaycan diaspor rəhbəri Rusiya Prezidenti yanında Komissiyanın məsul katibi ilə görüşüb



Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətində-Yuqrada fəaliyyət göstərən Azərbaycan Xalqları Assambleyasının sədri Vadim Əbdürrəhmanov Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər üzrə Şurasının Dövlət Milli Siyasətinə İnformasiya Dəstəyi Komissiyasının məsul katibi Andrey Nikolayeviç Xudoleyev ilə görüşüb.

Newscenter.az-a bu barədə məlumatı Vadim Əbdürrəhmanov özü verib. Bildirib ki, görüş Andrey Nikolayeviç Xudoleyevin Xantı-Mansiysk Muxtar Vilayətinə səfəri çərçivəsində baş tutub.

Səmimi atmosferdə keçən görüş zamanı Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq və qonşuluq münasibətlərindən danışılıb, iki ölkı arasında qarşılıqlı faydalı əməkdaşlığa bəzi qüvvələrin zərbə vurmaq cəhdləri pislənilib:

"Ümumi fikir ondan ibarət oldu ki, nə Rusiya, nə də Azərbaycan dövləti iki yaxın qonşu, dost ölkə arasında münasibətlərin gərginləşməsini istəmir. Sadəcə müəyyən qüvvələr var ki, Moskva ilə Bakı arasında əlaqələrə zərbə vurmaq istəyir. Bu kimi cəhdlərin də qarşısı alınacaq. Həm biz, həm də Andrey Nikolayeviç Xudoleyev əminliklə bildirdi ki, qısa müddətdə Azərbaycan və Rusiya arasında yaranmış xırda incikliklər aradan qalxacaq".

Qeyd edək ki, görüş zamanı Vadim Əbdürrəhmanov Andrey Nikolayeviç Xudoleyevə rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri, qarşısına qoyduğu məqsədlər, vilayətdə yaşayan azərbaycanlıların zaman-zaman üzləşdikləri problemlər və onların mümkün həlli yolları barədə də məlumat verib.

Süleyman
Избранный
13
1
newscenter.az

2Источники