RU

Goranboyda qadın bıçaqlandı Keçmiş əri tutuldu

Ajans.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Zaqatala rayon sakini, 1996-cı il təvəllüdlü Fatimə Ömərova şəhər ərazisində bıçaq xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o, keçmiş əri, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Babakişi Abdullayev tərəfindən bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən B.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb. \oxu.az

Избранный
48
2
Ajans.az

3Источники