RU

Bernardo Silva “Yuventus”a gedə bilər

“Mançester Siti”nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva gələn ilin yayında azad agent statusunda “Yuventus”a keçə bilər.

İdmanxeber.az xəbər verir ki, Turin təmsilçisi artıq 31 yaşlı futbolçunun meneceri ilə danışıqlara start verib.

“Transfermarkt”ın məlumatına görə, Bernardo Silvanın hazırkı dəyəri 38 milyon avrodur.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2017-ci ilin iyulunda “Monako”dan “Mançester Siti”yə 50 milyon avroya transfer olunmuşdu.

Избранный
43
1
idmanxeber.az

2Источники